Türkiyənin xarici ticarətdə idxalı kəkin azalıb. FED.az Türkiyə Statistika Qurumuna (TSK) istinadən xəbər verir ki, bu ilin avqust ayında Türkiyənin ixaracatı 2017-ci ilin eyni dövrünə nisbətən 6,5% azalaraq 12 milyard 383 milyon dollar, idxalı isə 22,7% azalaraq 14 milyard 805 milyon dollar olub.
Nəticədə avqust ayında Türkiyənin xarici ticarət kəsri 2 milyard 422 milyon dollar olub ki, bu da iyul ayı ilə müqayisədə 59% azdır.
İxracatın idxalı qarşılama nisbəti 2017-ci ilin avqust ayında 69,1% , 2018-ci ildə isə 83,6% olub.
Avqust ayında Türkiyədən ən çox ixrac 1 milyard 118 milyon dollarla Almaniyaya yönəlib, ən böyük idxal isə 1 milyard 551 milyon dollarla Rusiyadan gəlib.