Türkiyə edam cəzasını bərpa edir: “AKP və MHP razılaşdı. FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türk höküməti AKP-nin koalisiya qurduğu MHP, 1 oktyabrda TBMM-nin açılışında edam cəzasının gəlməsi üçün konstitusiyanın dəyişilməsi müzakirə ediləcək.
Terror cinayətləri, qadınlara və uşaqlara qarşı cinayət törətmək eləcə də, dəhşətli hisslərlə cinayət törədilməsinə qarşılıq ölüm cəzasının geri qaytarılması nəzərdə tutulur. Ancaq konstitusiyanın icrasına dair referendumla düzəlişdə 360 səs, referendum olmadan konstitusiya dəyişikliyində isə 400 səs lazımdır.
AKP, MHP və BBP birlikdə 341 səs çoxluğuna malikdir. Beləliklə, İYİ Partiyası və Demokratik Partiyasının 43 millət vəkili səs verərsə, referendumlu dəyişiklik ola bilər. Referendumsuz dəyişiklik üçün 17 səs daha lazımdır.
Qeyd edək ki, CHP əksinə edama qarşıdır. CHP rəhbərliyi isə edamın cinayətkarlar üçün qurtuluş olacağını eləcədə bunun demokratik təməllərə zidd olduğunu, cinayətkarların qarşısını almaq üçün daha ağır cəzaların gətirilməsini istəyir.
Türkiyə ölüm hökümünü bərpa edir
17:01
28 Avq 2018