“Qardaş Türkiyə artıq masadadır, Minsk Qrupunun üzvüdür”.
FED.az xəbər verir ki, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, yaranmış reallıqda Azərbaycan Türkiyənin prosesdə daha aktiv iştirakını gözləyir: “Cənubi Qafqazda baş verən proseslər qardaş Türkiyəni də narahat edir, səylərini davam etdirir. İstər Minsk Qrupu formatı, istərsə də digər formatlarda qardaş Türkiyənin region dövləti kimi yaxından iştirakı gözlənilir. Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyi barədə reallığı anlamalıdır. Təəssüf ki, onlar bu günə qədər bunu anlamırlar”.