Türkiyə hökuməti ABŞ da daxil olmaqla 10 ölkənin Türkiyədəki səfirini «persona non qrata» elan edərək ölkədən çıxaracaq.
FED.az xəbər verir ki, bu barədə prezident Rəcəb Tayib Ərdoğan elan edib. «Mən xarici işlər nazirinə göstəriş verdim ki, təcili olaraq bu 10 səfərin «persona non qrata» elan edilməsi üçün tədbirlər görsün»-deyə prezident bildirib.
Bu tədbir ABŞ, Kanada, Fransa, Finlandiya, Danimarka, Niderland, Yeni Zelandiya, Norveç və İsveç səfirlərinə aid olacaq.
Türk hökumətinin belə addımına səbəb diplomatların türk hüquq müdafiəçisi Osman Kavalanın azad olunması çağırışı ilə Türkiyə hökumətinə müraciət etməsi olub.
Məktubda səslənən fikirlərlə bağlı Türkiyə XİN səfirləri dəvət edərək onlardan diplomatik münasibətlər barədə Vyana Konvensiyasna əməl etməyi tələb edib.
Osman Kavala ötən il 2013-cü ildə Taksim parkında baş verən iğtişaşlarla bağlı bəraət almışdı, amma bundan dərhal sonra prokurorluq, 2016-cı ildə baş verən çevrilişdə şübhəli şəxs kimi onun həbsinə order verib.