Moskvada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Dövlət Başçısı Vladimir Putin arasında görüş başlayıb.
Eləcə də bax: “Bizimlə müharibə ağıllarına gəlməsin” - VİDEO
FED.az xəbər verir ki, görüşdə Putin İdlibdə 33 əsgərin şəhid olması ilə bağlı Ərdoğana başsağlığı verib:
"Türk əsgərlərinin orada olduğunu heç kim bilmirdi. Suriya ordusunda ciddi itkiləri var. Həyatını itirən əsgərləriniz üçün başsağlığı verirəm".
Ərdoğan isə Putinə belə cavab verib: "Bilirəm ki, bu anda dünyanın gözü burada. Bu gün verəcəyimiz düzgün qərarlar bölgəni də ölkəmizdə rifah yaradacaq və hazırkı narahatlıq aradan qalxacaq. Türkiyə-Rusiya əlaqələri hazırda ən gərgin dönəmini yaşayır".
Unikal