Cari ilin avqust ayında Türkiyəyə səfər edən əcnəbi turistlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 38% azalıb. Bu ölkədə istirahət etməyə tələbat, xüsusilə Rusiya və Almaniyadan olan turistlər arasında kəskin aşağı düşüb.
Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin cümə axşamı açıqladığı məlumata istinadən "Die Welt" nəşri yazıb.
Nəşr qeyd edir ki, Rusiyadan gələn turistlərin sayı iki ölkə arasında münasibətlərin normallaşmasına baxmayaraq 84% azalıb. Alman turistlərin sayında isə 34,5%-lik enmə müşahidə olunub.
Bildirilir ki, Türkiyəyə daha çox turist göndərən ölkə isə Səudiyyə Ərəbistanı olaraq qalır.