Türkiyə - Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi (TÜİB) üzvlərinin artıq ənənəyə çevrilən növbəti işgüzar səhər yeməyi tədbiri sentyabrın 17-də baş tutub.
Eləcə də bax: "SOCAR Energy Georgia" "Caspian Energy Club" üzvləri ilə - GÖRÜŞ KEÇİRİB
FED.az xəbər verir ki, Birlik üzvlərinin bir-birlərini daha yaxından tanımasına və işgüzar əlaqələrin genişlənməsinə böyük faydası olan tədbirin Fəxri qonağı İqtisadiyyat Nazirliyinin Ərazilərin (Qarabağ) bərpası və inkişafı şöbəsinin Özəl layihələrin dəstəklənməsi sektorunun müdiri İlkin Şamilov olub.
TÜİB İdarə heyəti və TÜİB üzvlərinin iştirak etdiyi tədbirdə İlkin Şamilov Qarabağın bərpası məqsədilə həyata keçirilən işlər, dövlətin reallaşdırdığı infrastruktur layihələri və özəl sektor üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib.
İlkin Şamilov, Qarabağda sahibkarlar, yerli və xarici iş adamları üçün yaradılan imkanlar barədə məlumat verib. Onun sözlərinə görə, prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən hazırda Ağdam və Cəbrayıl rayonlarında «Ağdam Sənaye parkı» və Cəbrayılda «Araz Vadisi İqtisadi zonası sənaye parkı» yaradılıb.
Nazirlik nümayəndəsi bununla bağlı sahibkarlaın suallarını cavablandırıb.
Bundan başqa, tədbirdə TÜİB üzvü olan digər şirkətlər o cümlədən «AŞA Beton» şirkətinin rəhbəri Əli Əliyarov fəaliyyəti ilə bağlı təqdimatlarla çıxış edib.
Eləcə də səhər yeməyində «Caspian Business Club»un rəhbəri Telman Əliyev də çıxış edərək birgə layihələr, o cümlədən həyata keçirilməsi nəzərdə tutulan biznes forumlar barədə ətraflı məlumat verib.