Demokratların prezidentliyə namizədi Joe Biden sorğularda irəli keçməsi nəticəsində prezident Donald Trampın noyabr seçkilərində qazanma şansı getdikcə azalmaqdadır.
2016-cı il seçkilərinin dərsi «heç vaxt Donald Trampı asan rəqib saymayın» olduğu halda, hazırda Trampın yenidən seçilməsi getdikcə daha da çətinləşir, Co Bayden isə koronavirus pandemiyası və seçicilərin bu mövzuya həssaslığı səbəbindən getdikcə daha çox irəli keçməyə başlayıb.
RealClearPolitics sorğusuna görə Tramp ölkə miqyasında Baydendan 9,7 bal geri qalır, kritik ştatlarda isə Bayden Trampı 5-7 bal üstələyir. Seçkilərə 25 gün qaldıqda, Trampın bu geriliyi necə aradan qaldıracağı aydın deyil.
Tramp, növbəti həftə rəqibi ilə virtualdan debatdan imtina edərək seçkilərin gedişatını dəyişdirmək üçün son şanslarından birini itirməklə mübarizədə vəziyyətini daha da çətinləşdirib.
Qeyd edək ki, namizədlər arasında 3 debat olmalı idi. Onlardan biri olub, qalan ikisindən isə Tramp imtina edir. «Donald Trampın iki debata qatılmadan Co Baydeni necə üstələyəcəyini anlaya bilmirəm» deyə Respublikaçı sorğu iştirakçısı Frank Lanzt bildirib.
Trampın 2016-cı ildə Hillari Klinton üzərində seçki qələbəsini unuda bilməyən demokratlar indidən sevinməyə tələsmirlər. Məsələ bundadır ki, həmin seçkilərdə eyni vaxta qədər xanım Klinton da Trampı ortalama 5.3 bal qabaqlayırdı. Amma seçki trampın qələbəsi ilə bitdi.
İndi isə səslər arasında fərq daha böyükdür. Və Bayden üçün seçilmək şansı Klintondan xeyli yüksəkdir və Baydenin rəqabət qabiliyyəti, 2016-cı ildə Klintonun Trumpa qalib gəldiyi bəzi əyalətlərdə daha yüksəkdir. Bütün bunlar Trampın yenidən seçilmə ehtimalını azaldır.
Trump bu il bu vəziyyətdən çıxış yolu tapa biləcəyini söyləyib və seçki nəticələrinin haqsız olduğuna inansa ofisi tərk etməyəcəyini söyləyib.
Ancaq Demokratlar getdikcə Baydenin xeyrinə olan üstünlüyün Trampın kiçik seçki pozuntularını və ya son dəqiqə səsvermə qutusu çağırışlarını aradan qaldırmaq üçün yetərli olduğuna inanırlar. Bundan başqa Trampın seçkilərdə məğlub olmasına əlavə olaraq, respublikaçıların Senatda əksəriyyətini itirmə ehtimalı da artır.