ABŞ Prezidenti Donald Trampın Knessetdəki (İsrail parlamenti) çıxışı zamanı təxribat törədilib.
FED.az xəbər verir ki, insidentə yol verən şəxs parlament zalından çıxarılıb.
Knesset üzvləri Ayman Odeh və Ofer Kassif Trampın çıxışı zamanı "soyqırımı" yazısı olan plakat qaldırdıqları üçün zaldan çıxarılıblar.
Ayman Odeh - fələstin-israil mənşəli deputat, Ofer Kassif isə kommunist "Hadaş" partiyasını təmsil edir, fraksiyada yeganə yəhudidir.
"Bu çox təsirli idi", - deyən Tramp nitqini davam etdirib. (Report)