Respublikaçılar Partiyası ABŞ-ın keçmiş prezidenti Donald Trampın prezidentliyə namizədliyini rəsmən elan dib.
Trampın açıqlamalarından sonra dollar maydan bəri ən aşağı səviyyəsinə düşüb
FED.az xəbər verir ki, Respublikaçıların Milli Konqresində çıxış edən və birliyə çağıran Tramp, ona qarşı sui-qəsd cəhdini ətraflı təsvir edib.
Tramp çıxışında “dağıdıcı inflyasiya böhranı”na dərhal son qoyacağını və faiz dərəcələrini aşağı salacağını vəd edib.
Vergilərin azaldılması lazım olduğunu deyən keçmiş ABŞ prezidentinin iqtisadi proqramının mərkəzində 2017-ci ildəki vergi endirimlərini daimi etmək və bəxşişlərə tətbiq edilən vergiləri ləğv etmək dayanır.
Vergi, tarif və təşviq tənzimləmələri vasitəsilə avtomobil istehsalı işlərini ABŞ-a qaytarılacağını vəd edən Tramp, həmçinin ABŞ avtomobil istehsalçılarının Meksika, Çin və ya digər ölkələrdə zavodlar qurmasının qarşısını alacaq.
Trump, Baydenin bərpa olunan enerji layihəsinin maliyyələşdirmə siyasətinə işarə edərək, "yaşıl fırıldaqdan" pulları körpülər və bəndlər kimi infrastruktur layihələrinə yönəldəcəyini söyləyib.
Sərhədi bağlayacağını, divarın tikintisini bitirəcəyini və qeyri-qanuni immiqrasiya böhranına son qoyacağını bildirən Tramp, həmçinin Rusiya-Ukrayna və İsrail-Həmas müharibələri də daxil olmaqla, “mövcud administrasiyanın yaratdığı hər bir beynəlxalq böhrana son qoyacağına” söz verib.
FiveThirtyEight-ın milli sorğularına görə, Tramp Baydeni 2,7 faiz üstələyir. (Marja)