ABŞ Prezidenti Donald Tramp və Çin Dövlət Başçısı Xi Jinpingin məhdud ticarət razılaşmasını Çilidəki APEC Zirvəsində imzalayacağı gözlənirdi. Amma Çilidəki etiraz aksiyalarına görə zirvənin keçirilməsi ləğv edildi. Bundan sonra ABŞ görüşün ABŞ şəhərlərindən birində keçirilməsini təklif etdi.
FED.az xəbər verir ki, Tramp-Xi görüşü üçün ABŞ tərəfindən təqdim edilən yer təklifləri qəbul edilməyib. Görüşün Asiya və Avropada keçirilməsi barədə danışıqlar aparılır.
"Bloomberg"in xəbərinə görə, ABŞ Prezidenti Donald Tramp və Çin Dövlət Başçısı Xi Jinpingin Dekabr ayına qədər məhdud ticarət razılaşmasını imzalaya bilməyəcəklər. ABŞ şəhəri görüş yeri olaraq qəbul edilməyib.
İki tərəf, ABŞ-ın əlavə gömrük vergilərini salacağı, Çinin isə ABŞ-dan kənd təsərrüfatı məhsulları idxalını davam etdirəcəyi məhdud bir ticarət razılaşması üzərinə razılaşmağa çalışırlar.
Liderlər, Trampun başlatdığı və ölkələrin iqtisadiyyatlarına ciddi zərərlər verən ABŞ - Çin ticarət müharibəsini ilk etapda 2020 seçkiləri əvvəlində həll etməyə ümid edirlər.
Marja