Vaşinqton və Kiyev arasında Ukraynanın faydalı qazıntıları ilə bağlı razılaşma mümkün olaraq qalır.
"Trampın 500 milyard dollar tələbi qeyri-ciddidir"
FED.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərə açıqlamasında deyib.
“Bizə nadir torpaq metalları lazımdır”, - deyə o əlavə edib. Tramp saziş barədə martın 4-də Senat və Nümayəndələr Palatasının birgə iclasında danışacağını da bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin müqavilə ilə bağlı danışıqları yenidən başlamaq üçün nə etməli olduğu sualına Amerika lideri belə cavablandırıb: “Məncə, o, daha çox minnətdar olmalıdır. Çünki ABŞ hər vəziyyətdə onu dəstəkləyib. Biz Avropadan daha çox yardım etdik. Avropa isə bizdən daha çox yardım etməli idi”. (Azərtac)