ABŞ prezidenti Donald Tramp İrana ola biləcək müdaxilə ilə bağlı «Orta Şərqdə nələr olacağını görəcəyik. Müdaxilə etmək həmişə asandır. Tək bir telefonla istənilən ölkəyə girə bilərik. Bunu bu gün olması şərt deyil. Sabaş ola bilər, iki həftə sonra ola bilər» - deyib.
FED.az xəbər verir ki, Tramp yenə də keçmiş müşaviri Con Boltondan danışaraq bildirib ki, onunla bəzi məsələlərdə fikir ayrılıqları olub: «Bolton kimi insanlar İraqa girmək istədi və nəticədə işlər yolunda getmədi. Bataqlıqda qaldılar. Biz Orta Şərqdə polisə çevrildik, bu qorxulu bir haldır».
Eləcə də bax: ABŞ İranla müharibə istəyirmi? - TRAMP AÇIQLADI
Meksika sərhədində tikintisi davam edən sərhəd divarın inşası barədə jurnalistlərə açıqlama verən Tramp bildirib ki, bu divar vasitəsilə qanunsuz miqrasiyanın qarşısı alınacaq: «Daha artıq insan gəlməyəcək».