ABŞ ordusu İranın radar və pilotsuz təyyarələrin idarəetmə mərkəzlərinə zərbələr endirib.
FED.az xəbər verir ki, bu barədə ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumata görə, hücum, ABŞ-ın MQ-1 pilotsuz təyyarəsinin beynəlxalq sular üzərində vurulması da daxil olmaqla, İranın hərəkətlərinə cavab olaraq həyata keçirilib.
Xatırladaq ki, son günlər tərəflər arasında sülh razılaşması üzrə danışıqlar yenidən aktivləşib, hətta ortaya tərəflərin «95%-nin razı olduğu» sənəd də çıxıb.
ABŞ Hörmüz boğazının blokadasını göt ürüb, İran da buna hazırlaşırdı, üstəlik ABŞ İrana ölkənin yenidən qurulması üçün 300 milyard dollarlıq yeni fond yaratmağı da təklif etmişdi.
Sonuncu zərbələr isə ABŞ-ın İranla münasibətdə təkcə sülh deyil, digər variantlara da hazır olduğunu göstərir.













