ABŞ prezidenti Donald Tramp İran prezidenti Həsən Ruhani ilə görüşmək istəyir.
FED.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özü deyib:
“Belə görüşlərdə pis heç nə yoxdur. Biz Şimali Koreya lideri Lim Çen İnlə də görüşdük. 8 aydır heç bir problem yaşanmır, həbsdə olanlar vətəninə qayıtdı. Çox müsbət hadisələr yaşandı. Putinlə möhtəşəm görüşümüz oldu. Mən İranla sazişdən imtina etdim, çünki çox qəribə saziş idi. Əgər onlar da görüşmək istəyirlərsə, heç bir ilkin şərtimiz yoxdur. Biz görüşməyə hazırıq. Amma inanmıram ki, onlar buna hazırdır”.