Suriyaya qarşı bütün sanksiyaları ləğv edəcəyik.
FED.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp bildirib ki, ABŞ-Türkiyə-Suriya-Səudiyyə Ərəbistanı arasında keçirilən dördtərəfli görüşdə Suriya ilə münasibətlərin normallaşdırılması müzakirə edilib.
“Mən Suriya Prezidenti Əhməd Əl Şaraa ilə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə görüşdüm. Görüşdə Suriya ilə münasibətlərin normallaşdırılmasını müzakirə etdik”.
Tramp deyib ki, ABŞ yeni bir başlanğıc üçün Suriyaya qarşı sanksiyaları ləğv edir.
“Suriyaya qarşı bütün sanksiyaları ləğv edəcəyik. Bu müsbət hal olacaq”, - ABŞ Prezidenti qeyd edib. (Apa)