Kanada vergiləri azaltmaq və gömrük rüsumlarından azad olmaq üçün ABŞ-nin 51-ci ştatı olmalıdır.
Kanada və Meksika ABŞ-yə cavab rüsumları tətbiq edir
FED.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib. O, Kanadanın ABŞ-dan böyük subsidiya aldığını və bunun mənasız olduğunu bildirib. Trampa görə, Kanada ABŞ-ın tərkibinə daxil olsa, ölkə daha aşağı vergilər və güclü hərbi müdafiə əldə edəcək, həm də tariflərdən azad olacaq.
Tramp Kanadadan gətirilən mallara 25%, enerji resurslarına isə 10% tarif tətbiq edəcəyini elan edib. O, Kanadanı narkotik ticarətinə qarşı lazımi tədbirlər görməməkdə günahlandırıb. Meksika və Çindən gətirilən məhsullara da tariflər qoyulacaq.
Kanadanın Baş naziri Castin Trüdo və Meksikanın prezidenti Klaudiya Şeinbaum Trampın qərarına sərt reaksiya veriblər. Trüdo ABŞ mallarına 25% tarif tətbiq edəcəyini açıqlayıb, Şeinbaum isə ABŞ-ın Meksikanın daxili işlərinə qarışmasına qarşı çıxıb.