ABŞ Prezidenti Donald Tramp İran tərəfi ilə danışıqlardan imtina edib.
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, o bu barədə özünün "Truth Social" sosial şəbəkə hesabında yazıb.
Prezident qeyd edib ki, İranın hava hücumundan müdafiə (HHM) sistemi, hərbi-hava qüvvələri (HHQ), hərbi-dəniz qüvvələri (HDQ) və rəhbərliyi "məhv edilib".
"Onlar danışıqlar istəyirlər. Mən isə dedim, artıq gecdir!", - Tramp yazıb. (Report)











