ABŞ prezidenti Donald Tramp, Danimarkanın baş naziri ilə görüşünü təxirə salıb. Bunun əsas səbəbi isə baş nazirin Trampın Qrenlandiyanı almaq ideyasına verdiyi şərh olub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu haqda Donald Tramp sosial şəbəkədə bildirib.
“Danimarkanın baş naziri Mette Frederiksen Qrenlandiya məsələsinin müzakirəsində maraqlı olmadığını bildirib, bu səbəbdən görüşümüzü təxirə salmaq qərarına gəldim”, – deyə prezident yazır.
“Mən buna görə ona minnətdaram və gələcəkdə baş tutacaq yeni görüşümüzü səbirsizliklə gözləyirəm”.
Xatırladaq ki, Danimarkanın baş naziri və Donald Trampın görüşü iki həftədən sonra baş tutmalı idi.
Tramp qeyd edir ki, Qrenlandiya “strateji” baxımından onun üçün maraqlıdır, lakin prioritet məsələlərdən biri deyil.
Formal olaraq Qrenlandiyanın başçısı Danimarka kraliçasıdır, valyutası isə Danimarka kronu hesab olunur. Buna baxmayaraq, Qrenlandiya Danimarkadan fərqli olaraq Avropa İttifaqına daxil deyil.