Mən qürur hissi ilə bildirirəm ki, İsrail və HƏMAS bizim sülh planımızın birinci mərhələsini imzaladılar.
FED.az bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, bu o deməkdir ki, bütün girovlar tezliklə azad ediləcək və İsrail qoşunlarını razılaşdırılmış xəttə çəkəcək.
“Bütün tərəflər ədalətli davranacaq. Bu, ərəb və müsəlman dünyası, İsrail, bütün ətraf xalqlar və Amerika Birləşmiş Ştatları üçün böyük gündür. Biz bu tarixi və misilsiz hadisənin baş verməsi üçün bizimlə işləyən Qətər, Misir və Türkiyədən olan vasitəçilərə təşəkkür edirik”,- deyə Tramp qeyd edib. (Azərtac)