"ABŞ prezidenti Donald Tramp əmindir ki, impiçment proseduru çərçivəsində Senat ona tamamilə bəraət qazandıracaq".
FED.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin bəyanatında deyilir.
Eləcə də bax: Tramp impiçmenti uduzdu - SƏSVERMƏNİN NƏTİCƏLƏRİ
"Bu gün bizim ölkəmizin tarixində ən biabırçı siyasi epizodlardan birinin kulminasiyası qeydə alınıb. Prezidentin bir şeyi yanlış etməsi ilə bağlı respublikaçıların heç bir səsini almadan və onun heç bir sübutu olmadan demokratlar impiçment çərçivəsində qanunsuz maddələr irəli sürdülər. Prezidentin yanlış heçnə etməsinə baxmayaraq, demokratlar birpartiyalı proseduru seçdilər. Dinləmə həftələri təsdiq etdi ki, o, yanlış heç nə etməyib", - deyə bəyanatın mətnində qeyd edilir.
Ağ Evin bəyanatında vurğulanıb ki, D.Trampa qarşı sonsuz qərəz onları (demokratları) 2016-cı ilin prezident seçkilərinin nəticələrini ləğv etmək və 2020-ci ilin gələcək səsverməsinə zərər vermək arzusunu gücləndirir.
ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçmenti üzrə iki - "Səlahiyyətlərin aşılması" və "Konqresə mane olma" maddələrinə səs verib.
Report