ABŞ prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayan kimi müxtəlif sahələrdə şok yaradacaq fərmanlar imzalayacaq.
FED.az xəbər verir ki, bu barədə SNN məlumat yayıb. Telekanalın məlumatına görə, prezident ilk gündə 100 fərman imzalamağa hazırlaşır.
«Biz gəlmişik və nə qədər ciddi məqsədlərimizin olduğunu göstərəcəyik. Bu bütün sistem üçün şok olacaq»-deyə Tramp bildirib. Tramp özü ayın 19-da Orlandoda tərəfdarları qarşısında keçirilən mitinqdəki çıxışında xüsusi qeyd edib ki, o əvvəlki prezident Baydenin «radikal və səfeh» fərmanlarını da ləğv edəcək.
Xatırladaq ki, Donald Trampın andiçmə mərasimi bu gün Vaşinqtonda keçirilir.
Yeni prezident bildirib ki, öz fərmanları ilə ABŞ-da söz azadlığını geri qaytaracaq, qanunsuz miqrasiyaya son qoyacaq, və vətəndaşların silah sahibi olmaq hüququnu qoruyacaq. Tramp həmçinin bildirib ki, onun administrasiyasının əsas işi «başqa ölkələrin deyil, ABŞ-ın maraqlarını və sərhədlərini qorumaq» olacaq.
Trampın ilk işlərindən biri işə başlayandan sonra Rusiya prezidenti Vladimir Putinlə telefonla danışmaq olacaq o artıq bu barədə köməkçilərinə göstəriş verib. Ukraynaya yardımların davam edəcəyinə gəlincə, Tramp bu barədə planlarını açıqlamaq istəməyib.
Trampın bir sıra göstərişləri isə sosial məsələlərə aiddir. Belə ki, prezident bütün transseksualları ordudan və məktəblərdən uzaqlaşdırmağa tapşırıb. Eləcə də məktəbərdə hər məktəbli öz cinsinə uyğun ayaqyoluna gedəcək.
Bundan başqa, Tramp 2021-ci ildə prezident seçkilərini nəticələri ilə razılaşmayaraq Kapitoliyə hücum edənləri əfv edəcək. Nəhayət, o qeyri-leqal miqrantların ölkədən deportasiyasına başlayacaq və neft hasilatı ilə bağlı Baydenin tətbiq etdiyi qadağaları götürəcək.
Tramın maraqlı planlarından biri hazırda Danimarkaya məxsus olan Qrenlandiyanı satın almaq, eləcə də Kanadanı ABŞ-a birləşdirmək və Panama kanalının ABŞ-a məxsus olmasını elan etməkdir.
Yeni prezident elan edib ki, ki, əgər Meksiya və Kanadadan miqrant axını kəsilməsə bu ölkədən gətirilən mallara yüksək rüsumlar tətbiq edəcək. Yeri gəlmişkən, Tramp öz çıxışlarında bu ölkələri ölkə deyil, «ştat» adlandırır.
Tramp Çindən gətirilən mallara da böyük rüsumlar tətbiq edəcəyini bildirib.
Prezident cənub sərhədlərindən miqrasiya məsələsinə ciddi yer ayırıb və elan edib ki bu sahədəki biabırçılığı aradan qaldıracaq. Bununla yanaşı, rəqəmlər göstərir ki, hazırda ABŞ-ın cənub sərhədlərindən keçən qanunsuz miqrantların sayı Trampın vaxtındakından 2 dəfə azdır.
Belə ki, 2024-cü ilin dekabrında, yəni Baydenin prezedentliyinin sonuncu ayında qanunsuz miqrantların sayı 47 300 nəfər idisə, Trampın prezidentliyinin sonuncu ayında – 2020-ci ilin dekabından bunların sayı 71 000 idi.
Tramp ABŞ-da dövlət idarəetməsində də böyük islahatlar aparacaq – bu məqsədlə onun yaxın dostu – «Tesla», «X» və digər məşhur şirkətlərin sahibi İlon Mask prezident Administrasiyasında dövlət idarəetməsniin effektivliyi departamentinin rəhbəri təyin edilib. Güman edilir ki, İlon Maskın bu sahədə aparacağı islahatlar, daha dəqiqi artıq adamların ixtisarı nəticəsində ABŞ hökuməti ildə 1 trilyon dollara dənaət edəcək.
Artıq Trampın ilk göstərişləri özünü göstərnməyə başlayıb. Belə ki, yeni seçilmiş prezidentin tapşırığı ilə «Tik-Tok» platformasının qadağan edilməsi təxirə saylınıb, Dünəndən etibarən «Tik Tok» ABŞ-da yenidən görünməyə başlayıb.