ABŞ prezidenti Donald Tramp İranla müharibəni nə vaxt bitirəcəyi sualına "Düşünürəm ki, iki-üç həftəyə. Sonra oradan geri çəkiləcəyik" cavabını verib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, İrandakı liderləri devirdiklərini və əslində "rejim dəyişikliyi" həyata keçirdiklərini iddia edən Tramp, "Biz artıq İranda rejim dəyişikliyinə nail olmuşuq. Bir rejimi devirdik, sonra ikinci bir rejimi devirdik. İndi isə çox fərqli bir qrup insan var. Düşünürəm ki, onlar daha ağlabatan, daha az radikaldırlar"-deyə bildirib.
ABŞ-ın Hörmüz boğazı ilə heç bir əlaqəsi olmadığını və neftin oradan keçməsi üçün ehtiyacı olan ölkələrin tədbir görməli olduğunu iddia edən Tramp, "Biz oradan (İrandan) çox tezliklə ayrılacağıq. Əgər Fransa və ya başqa bir ölkə neft və ya təbii qaz əldə etmək istəyirsə, Hörmüz boğazından keçməli və özləri ilə məşğul olmalıdırlar. Bizim bununla heç bir əlaqəmiz yoxdur" deyib.
Tramp elan edib ki, ABŞ-ın əsas məqsədi İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır, buna da nail olunub. Prezident iddia edib ki, Tehranın bir daha heç vaxt nüvə silahına sahib olmayacaq.
İran müharibəsi və ABŞ-ın bölgəyə daha çox qoşun göndərməsi və Hörmüz boğazının faktiki olaraq bağlı qalması ilə yanaşı, Trampın İranla müharibənin həftələr ərzində başa çata biləcəyi ilə bağlı açıqlaması fonunda yüksəldi.
Brent markalı neftin qiyməti çərşənbə axşamı 3,2 faiz düşərək 105 dollardan yuxarı qalxıb, ABŞ xam nefti isə 103 dollar ətrafında dəyişib.











