Digər

Tramp Danimarkadan "küsüb"

Tramp Danimarkadan "küsüb" | FED.az
13:55 21 Avqust 2019

ABŞ Prezidenti Donald Tramp Danimarkaya planlaşdırdığı səfərini ləğv edib. Bu, Danimarkanın Baş Nazirinin Birləşmiş Ştatlar tərəfindən Qrenlandiyanın alınması barədə ideyasını “absurd” adlandıraraq rədd etməsindən sonra baş verib.

FED.az biznes və maliyə portalı Azertac-a istinadən xəbər verir ki, Prezident Tramp çərşənbə axşamı özünün “Twitter” səhifəsində yazıb: “Baş Nazir Mette Frederiksenin bəyanatından başa düşülür ki, o, Qrenlandiyanın alınması barədə məsələnin müzakirəsində maraqlı deyil. Bu səbəbdən də mən bizim görüşümüzü ləğv edirəm”.

Prezident bu həftənin istirahət günlərində Polşaya səfəri zamanı yolüstü Danimarkada olmağı planlaşdırırdı. Ötən həftə o bildirmişdi ki, əslində, Qrenlandiyanın alınması məsələsini iri daşınmaz əmlakın alınması kimi nəzərdən keçirmək olar. Tramp iddia edib ki, Danimarka Qrenlandiya ucbatından ildə təqribən 700 milyon dollar itirir.

Xatırladaq ki, Qrenlandiya Danimarka Krallığının muxtariyyəti olsa da, özünün müstəqil xarici və daxili siyasətini həyata keçirir.

Digər xəbərlər