ABŞ-ın bir sıra ölkələrə qarşılıqlı əsasda tətbiq etdiyi əlavə idxal rüsumları 90 gün müddətinə dayandırılır.
Tramp Azərbaycana da gömrük rüsumu - TƏTBİQ ETDİ
FED.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında açıqlayıb.
Tramp qeyd edib ki, 75-dən çox ölkə ticarət, ticarət maneələri, rüsumlar, valyuta manipulyasiyası və qeyri-monetar tariflərlə bağlı məsələləri müzakirə etmək üçün ABŞ nümayəndələrinə müraciət edib.
Bu dövlətlər, ABŞ-a qarşı heç bir cavab tədbiri görməyiblər. Tramp bildirib ki, məhz buna görə də bu dövr üçün 90 günlük fasilə və cavab rüsumlarının əhəmiyyətli dərəcədə aşağı səviyyədə, yəni 10% təşkil edəcək şəkildə tətbiq olunması barədə əmr verib.
Ağ Ev rəhbəri həmçinin qərarın dərhal qüvvəyə mindiyini vurğulayıb. (Apa)