Banner

Digər

Tramp Ağ Evlə vidalaşdı - VİDEO

Tramp Ağ Evlə vidalaşdı - VİDEO | FED.az
19:34 20 Yan 2021

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp seçilmiş Prezident Co Baydenin andiçmə mərasiminə bir neçə saat qalmış Ağ Evlə vidalaşdıb. 

FED.az BBC news-ə istinadən xəbər verir ki, Ağ Evin həyətinə enən helikopter Tramp ailəsini hava limanına aparıb. 

Daha əvvəl Trampla xanımının Ağ Evi səhər saat 08:00-da tərk edərək Florida ştatında, Palm-Biçdəki iqamətgaha yollanacaqları barədə xəbər verilmişdi. 

150 ildə ilk dəfədir ki, keçmiş prezident yeni dövlət başçısının andiçmə mərasiminə qatılmayacaq. 

Baydenın qızı da Melaniya Trampın onları Ag Evdə ekskursiyaya çıxarmayacağından təəssüfləndiyini bildirmişdi. Qeyd edək ki, birinci xanımların Ağ Evə ekskursiyaya çıxması da bir ənənə idi.   

Qeyd edək ki, Co Baydeninin inauqurasiya mərasiminin yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 21:00-da-red.) başlayacağı gözlənilir. 

Banner
Banner

Digər xəbərlər