ABŞ prezidenti Donald Tramp 12 ölkə vətəndaşlarının ABŞ-a girişini qadağan edən fərman imzalayıb
FED.az xəbər verir ki , prezident Donald Tramp təhlükəsizlik baxımından 12 ölkə vətəndaşlarının ABŞ-a girişini qadağan edən sərəncam imzalayıb.
Telekanalın məlumatına görə, Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ölkəyə girişi qadağan edilib. Fərman daha yeddi ölkənin - Burundi , Kuba , Laos , Syerra Leone , Toqo , Türkmənistan və Venesuelanın nümayəndələri üçün qismən məhdudiyyətlər tətbiq edir.
"Prezident Tramp amerikalıları ölkəmizə gəlmək və bizə zərər vermək istəyən təhlükəli xarici aktyorlardan qorumaq vədini yerinə yetirir", - Ağ Evin sözçüsü Abigail Jackson bildirib.
O əlavə edib ki, məhdudiyyətlərin tətbiq olunduğu ölkələrdə insanlar düzgün yoxlanılmır. Bundan əlavə, müddəti bitmiş vizalar çoxdur. Fərmanda istisnalar nəzərdə tutulur: məsələn, qadağa ikili vətəndaşlığı olan şəxslərə, xarici diplomatlara, idmançılara və digər kateqoriyalara aid edilməyəcək.
Mayın əvvəlində Tramp 2026-cı il büdcə təklifində əcnəbilərin və qaçqınların köçürülməsi proqramlarının maliyyələşdirilməsini dayandırmağı təklif edib. Büdcə təklifi sığınacaq adı altında kütləvi qeyri-qanuni miqrasiya üçün istifadə edilən proqramların 3,5 milyard dollar maliyyələşdirilməsini ləğv edəcək.