Torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi mümkün olacaq.
FED.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.
Onun sözlərinə görə yeniliklərdən biri də torpaqların kateqoriyalara aid edilməsidir: "Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi məsələsi yenilikdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2024-cü il tarixli Fərmanına əsasən, yay və qış otlaqları, örüş və biçənəklər istisna olmaqla, mülkiyyətçilər öz torpaqlarının məqsədli təyinatını kateqoriya daxilində dəyişə bilərlər.
Bu istiqamətdə müraciətlər bilavasitə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ediləcək "- deyə o qeyd edib.