Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətin yeni tərkibini təsdiqləyib.
Eləcə də bax: Qazaxıstana yeni Baş nazir - TƏYİN OLUNUB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Prezident Administirasiyası məlumat yayıb.
Prezidentin fərmanına əsasən, Muxtar Tleuberdi Baş nazirin müavini və xarici işlər naziri, Murat Bektanov müdafiə naziri, Yerlan Turqumbayev isə daxili işlər naziri təyin olunub.
Yeni hökumətin 21 üzvü var.