ABŞ-da ev heyvanları sahiblərinin xərcləri artmaqdadır.
Eləcə də bax: Yeni ildə iş yoldaşlarından çox - EV HEYVANLARINA HƏDİYYƏ ALACAQLAR
FED.ax xəbər verir ki, Amerikanın Ev Heyvanları üçün Mallar Assosiasiyasının məlumatına görə, 2019-cu ildə heyvan sahiblərinin xərcləri əvvəlki ilə nisbətən 5% artaraq 95,7 milyard dollara çatıb. Bura heyvanların yemi, dərmanlar, baytar həkimi xərcləri, heyvanlara qulluq xərcləri və başqaları (o cümlədən heyvanların öyrədilməsi, onlara nəzarət, gəzdirilməsi, onların yanında oturma) aiddir.
Heyvanlara münasibət getdikcə daha humanist olduğuna və heyvan sahiblərinin gəlirləri artdığına görə, xərclər də dayanmadan yüksəlməkdədir. Nəticədə ötən il ABŞ-da heyvanlar üçün yemək və şirniyyata 36,9 mlrd dollar, baytar xidməti və dərmanlara isə 29,3 mlrd dollar xərclənib. Heyvanlar üçün avadanlıqlar, reseptsiz dərmanlar və onların alınması 19,2 milyard dollara, digər xidmətlər isə 10,3 milyard dollara başa gəlib.
Assosiasiya hesablayıb ki, bu il xərclər 99 milyard dolları keçəcək, yəni artım 3% olacaq. Bu il ən böyük artım heyvan yemi və şirniyyatla bağlı olacaq (bu il 38,4 mlrd dollar). Baytar xidməti və dərmanlara 30,2 mlrd dollar, reseptsiz dərmanlar 19,8 mlrd dollara, digər xidmətlər isə 10,7 mlrd dollara başa gələcək.
Assosiasiyanın bu rəqəmləri 3 böyük araşdırma şirkətlərinin - «Nielsen», «Euromonitor» və «Packaged Facts»ın hesabatına əsaslanır.
Hazırda ABŞ-dakı ailələrin 67%-nin, və ya ölkədəki evlərin 84,9 milyonunun ev heyvanı var. Bu 1988-ci illə müqayisədə 11% artıqdır. 63,4 milyon evdə it, 42.7 milyon evdə isə pişik var.