Nə vaxtsa tək səyahət etmisiniz? Əgər etməmisinizsə, o zaman tək səyahət edən istənilən bir kəsdən soruşun: Tək yox, digər şəkildə səyahət etmək istərdinizmi? Bu zaman onların tək səyahət etməkdən zövq aldığını və başqa şəkildə səyahət etmək istəmədiklərini eşidəcəksiniz. Ola bilsin, ilk dəfə təkbaşına səyahətə çıxdıqda bu, sizi bir az qorxuda bilər. Lakin bu vəziyyət insandan insana dəyişir, yəni ilk dəfə bəziləri bunu asanlıqla, digərləri isə çətinliklə qəbul edə bilər.
İstər uzunmüddətli dünya səfərinə tək çıxdıqda, istərsə də həftə sonları təkbaşına adi gəzintiyə çıxdıqda öyrənəcəyiniz 10 məqam vardır. Bu 10 məqama aşağıda toxunmuşuq.
1. Solo səyahətdən siz hər zaman evə çoxlu sayda yeni dostlar qazanaraq qayıdırsınız
Heç fikir vermisinizmi ki, hansısa istiqamətləri insanlar qrupundan soruşmaqdansa bir nəfərdən soruşmağa üstünlük verərdiniz? Bu baxımdan tək səyahət edən insanlar daha mehriban, açıq, səmimi və sadə olurlar.Onlar bu vəziyyətdən ikitərəfli faydalana bilirlər: yəni həm digər səyahətçilər özlərini təqdim edib onlarla ünsiyyət qurarkən özünü daha rahat hiss edir, həm də onlar çox rahatlıqla digərləri ilə ünsiyyətə başlaya bilirlər.
2. Siz yerli camaatla yalnız solo (tək) səyahətçilərin qura bildiyi səviyyədə qarşılıqlı əlaqə qurursunuz
Heç bilirsinizmi ki, yerli camaat sizi (məsələn, kafeyə, mağazaya gedərkən və ya yolüstü qida köşkündən sərt təamlar seçərkən) tək səyahət edən gördükdə sizə qarşı daha açıq olur, müəyyən formada sizdən hər şeyi soruşub öyrənmək istəyir? Köhnə qatarda ürəkaçan səmimi söhbətlərdən tutmuş sizi birgecəlik də olsa öz evlərində qonaq etməyə şad olan mehriban ailələr qrupuna qədər gözəl məqamları yaşamaq istəyirsinizsə, bu inanılmaz imkanı yalnız təkbaşına səyahət edərkən qazana bilərsiniz.
3. İstədiyiniz vaxt istədiyiniz kimi sərbəst səyahət edə bilirsiniz və bu da çox möhtəşəm bir hissdir
Təkbaşına səyahət edərkən kiməsə güzəştə getmək ehtiyacınız yaranmır. Uğursuz təsadüfdən yüksək qiymətə satılan burqer və kartof frilərə görə çox pul ödədiyini iddia edən və ya cəngəllikdə ağcaqanad dişləməsindən daim şikayətlənən (sanki siz göyün yeddinci qatındasınız kimi) dostunuzu, ya da yol yoldaşınızı sakitləşdirməyə heç bir ehtiyacınız qalmayacaqdır. Bu da tək səyahət etməyin üstünlüklərindən biridir.
Tək səyahət edən bir insan kimi siz istədiyiniz yerə, istədiyiniz vaxt və istədiyiniz şəkildə səfər edə bilərsiniz. Məhz bu da solo səyahətçilərin ən böyük üstüklüklərindəndir.
4. Ziyarət etdiyiniz yerlər barədə daha dərin təsəvvürə malik olur və oraları daha dərindən anlama imkanı qazanırsınız
Solo səyahət zamanı siz daha çox öz ətraf mühitinizi dərk etməyə başlayırsınız. Səyahət etdiyiniz yerlərin əslində olduqları kimi dərk edilməsinə şərait yaradan unikal qəribəlikləri görüb, həmin yerlərin zərif xarakterini sezirsiniz. Lakin köhnə dostunuzla və ya yol yoldaşınızla həmin yerləri danışaraq ötüb keçsəniz, belə xırdalıqlara fikir verməyəcəksiniz və diqqətiniz başqa yerdə olacaqdır.
5. Heç kimin sizi tanımadığı bir yerə səyahət etdikdə həmin səyahət zamanı sanki sizi azad edən bir sərbəstlik hissi yaşayacaqsınız
Bəziləri üçün tək səyahət etmək hər şeyin sıfırdan başlanması, digərləri üçün evdən və ya tanışlardan uzaqlaşıb müvəqqəti də olsa qurtulmaq, ya da rahat nəfəs almaq deməkdir. Bu, əslində sizing xaricə gedərkən tamamilə fərqli insan olmanız anlamına gəlməməlidir. Bu terapevtik anonimlik evə dönərkən sizing sadəcə nə dərəcədə dəyişdiyinizi görməyə kömək edəcək gözəl vasitədir.
6. Tənha keçirdiyiniz vaxt çox faydalıdır
Həyatınız barədə, başınıza gələn son hadisələr və beyninizi düşündürən mövzular üzərində düşünmək üçün özünüzə sərf etdiyiniz vaxt əslində sizə çox faydalı gələ, bəzən isə ziyanlı ola bilər. Düşüncələrdən bəziləri elə də xoşagələn olmaya bilər, lakin tək səyahət edən insanlar bilirlər ki, tənhalıq müvəqqəti bir haldır və məhz bu hiss onlara daha güclü olmağı öyrədir.
7. Məsafələr sizi vadar edir ki, həyatınızda önəmli yer tutan insanları layiqincə qiymətləndirəsiniz
Məsafələr həyatınızın önəmli yerini tutan insanları layiqincə qiymətləndirmənizə şərait yaradır. Xüsusilə də çox mühüm yer tutan insanları dəyərləndirməkdə sizə kömək edir. Uzaqda və tənha olarkən anlayırsınız ki, evə dönən kimi sevdikləriniz insanlarla hər saniyəni maksimal şəkildə birgə keçirməli və onlara qiymət verməlisiniz.
8. Ayrılıq və məsafələr həyatınızın mühüm parçası olduğunu düşündüyünüz bəzi insanların əslində o qədər də önəmli olmadığını anlamaqda sizə yardımçı olur
Məsafə və ya ayrılıq həmçinin bəzi insanların həyatınızda heç də sizin düşündüyünüz kimi mühüm olmadığını anlamaqda sizə kömək edə bilər. Mənfi təsir, toksik sevgi və ya etibarsız dost anlayışlarının reallıqda istədiyiniz kimi olmamasını anlamaq üçün məsafələr və ya ayrılıq sizə kömək edə bilər. Bu reallıq nə qədər də acı olsa, onu qəbul etməyiniz əslində sizin xeyrinizə ola bilər.
9. Tək olduqda siz daha yaradıcı olmağa başlayacaqsınız
İstər jurnalistika, rəsm, fəlsəfə və ya gələcək sahibkarlıq cəhdləri ilə bağlı beyin fırtınası olsun, unutmamalısınız ki, tənha səyahətçilər adətən həmsöhbətləri (və ya Wi-Fi) olmadığına görə özlərini əyləndirmək üçün daha ekspressiv və yeni üsullar, metodlar axtarıb tapmağa çalışırlar. Ola bilsin, hətta bu zaman öz həyati istedadınızı kəşf edəsiniz.
10. Bəzən sanki “dünyada yeganə turistsiniz” kimi özünüzü göstərmək əyləncəli ola bilər
Təkbaşına səyahət edən hər bir səyahətçi əvvəllər heç kimin getmədiyi yerlərə gizlicə getmək istəyir. Lakin gəlin bir saniyə ərzində özümüzə qarşı dürüst olaq: çox nadir hallarda biz beynimizdə xəyal etdiyimiz kimi cəsarətli və ya avantüraçı oluruq. Halbuki, sizə rahatlıq verməyən fantaziya - naməlum yerə gedən şəhərlərarası avtobusda oturub pəncərədən dünyaya baxmaq – düşüncəsi barədə daim fikirləşirsinizsə, o zaman söyləyək ki, bütün həyatınız boyu yaddan çıxmayacaq bu həyəcanlandırıcı hissi tənha səyahətçilər daim yaşayır.
Mənbə: www.roughguides.com