Tayvanda "Meqi" tayfunu ilə əlaqədar minlərlə insan təxliyyə edilib, o cümlədən avtomobil yolları və adanın mərkəzi, eləcə də şimali hissələrində bir çox şosselər bağlanıb. Adada həmçinin sürət qatarlarının hərəkəti tamamilə dayandırılıb.
Artıq yerli aviaşirkətlər yüzlərlə aviareysi ləğv edib və təxirə salıb, onların arasında 575-ə qədər beynəlxalq və daxili aviareys ləğv edilib, 109-a qədəri isə təxirə salınıb.
Adanın bir çox hissəsində məktəb və iş yerləri bağlanıb.
Mərkəzi Fövqəladə Əməliyyatlar mərkəzinin məlumatına əsasən, 5 mindən çox insan öz evini tərk etməyə məcbur olmu., 2 minə qədəri isə müvəqqəti sığınacaqlarda yerləşmişdir.
Qeyd edək ki, hazırda sözügedən siklon Xualyan bölgəsindən 220 kilometr aralıda cənubi-şərq istiqamətinə yaxınlaşmışdır. Bu tayfun cari il adada baş verəcək sayca 17-ci tayfundur.
Nəticədə, tayfunun çərşənbə axşamı günü (yəni bu gün) adada baş verəcəyi gözlənilir.
Mənbə: ap.org