Rusiyalı milyarder Dmitri Bosov intihar edib.
Eləcə də bax: Harvard professoru pandemiya sayəsində - MİLYARDER OLDU
FED.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, məlumatı iş adamının yaxınları təsdiqləyiblər.
52 yaşlı biznesmen mayın 6-na keçən gecə Usovodakı evində özünü öldürüb. İntiharın səbəbləri araşdırılır.
Qeyd edək ki, Dmitri Bosov “Sibantratsita” və “Vostokuql” şirkətlərinin, “Artplay” memarlıq və dizayn mərkəzinin sahibidir. O, “Forbes”in dünyanın ən zəngin biznsemenləri siyahısında 86-cı yerdədir. 2020-ci ildə Forbes-in açıqlamasına görə, onun sərvətinin dəyəri 1,1 milyard manatdır.