Bakıda tanınmış spirtli içkilərin boş şüşə və qapaqlarını satan anbar aşkar edilib.
Eləcə də bax: Tütün, spirtli və enerji içkilərinin - AKSİZ VERGİSİ ARTIRILIB
FED.az Baş Prokurorluğa istinadən xəbər verir ki, anbar Binəqədi rayonu, Azadlıq prospekti 161a ünvanında yerləşir.
"Səxavəddin Həsənova məxsus Binəqədi rayonu, Azadlıq prospekti 161a ünvanında olan anbara baxış zamanı orada “Chivas Regal 12”, “Chivas Regal 18”, “Chivas Regal 21”, “Jameson”, “Grands”, “Jack Daniels” adlı və s. viski, “Nemirov”, “Ruskiy Standart”, “Belyuga”, “Grey Gouse”, “Minsk”, “Qu Quşu”, “Region”, “Grey Cardinal” adlı və s. araq, “Patron”, “Olmega”, “Siera”, “El Chapo” adlı tekila, “Henessy” və “Remy Martini” konyak və başqa növdən olan 10 min ədəddən artıq spirtli içkilərin öz qutularında, səliqəli şəkildə qapaqları ağızlarına taxılı vəziyyətdə boş şüşələri, həmçinin müxtəlif növ spirtli içkilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkar olunub".
Bundan başqa, Xəyal Cəfərov adlı şəxs Səxavəddin Həsənovdan boş şüşə və qapaqları alaraq saxta spirtli içkilər istehsal edib. Saxta işçiklər Bakıdakı bir neçə restorana, o cümlədən “Baku Voice Rooms”, “Baku City” və “Everest” restoranlarına satılıb. Artıq bu içkilərdən 6 nəfər zəhərlənib, onlardan 2-si vəfat edib.
"Marja"