Əfqanıstana nəzarəti ələ keçirən «Taliban» qruplaşması ölkədə kütləvi suürətdə həyata keçirilən narkotik əkinini dayandıracağnı elan edib.
Kabildə bankların fəaliyyəti - Bərpa Edilib
FED.az xəbər verir ki, bu barədə «The New York Times» qəzetinə «Taliban»ın nümaynədəsi Zabihulla Mücahid bildirib. Bu şəxsin yeni hökumətdə informasiya və mədəniyyət naziri postunu tutacağı gözlənilir.
Z.Mücahid bildirib ki, elan edib ki, Əfqanıstanda narkotik istehsalı dayandırılıb. Onun sözlərinə görə, dünya ictimaiyyəti əfqan fermerlərinə başqa bitkiləri becərməkdə dəstək versə, fermerlər həşiş becərilməsini dayandıracaqlar.
«Xatırlayarsınızsə, 2001-ci ildə Əfqanıstanda narkotik istehsalı sıfıra düşmüşdü. Amma sonradan Əfqanıstan işğal edildi və narkotiklərin əkini yenidən başlandı, özü də hökumət səviyyəsində. Amma indi biz narkoticarət və narkotrafikə qarışmaq istəmirik» - deyə «Taliban» nümayəndəsi bildirib.
Qeyd edək ki, BMT-nin hesabatına əsasən, 2020-ci ildə Əfqanıstanda təqribən 6,3 min ton (yəni dünya üzrə ümumi istehsalın 85%-i həcmində) opium istehsal edilib. Ekspertlər bildirir ki, «Taliban»ın gəlirlərinin 80%-i narkotiklərin payına düşür.