İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Medianın İnkişafı Agentliyi (MEDİA) iyulun 22-də Milli Mətbuat günü ərəfəsində biznes və iqtisadiyyat sahəsində ixtisaslaşan jurnalistlər üçün yay məktəbi formatında ikigünlük təlimə start verib.
FED.az xəbər verir ki, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsini və bu çərçivədə görülən işlərə töhfə vermək məqsədi ilə təlim mədəniyyət paytaxtımız olan Şuşa şəhərində təşkil edilir.
Təlimdə Mərkəzi Bankın, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Vergi Xidmətinin, Dövlət Məşğulluq Agentliyinin eləcə də İİTKM-in əməkdaşları iştirak edir.
Qeyd edək ki, 2 günlük təlimə 30-a yaxın TV və onlayn media nümayəndəsi qatılıb.