Sosial şəbəkələrdə yol polisi əməkdaşının sürücü ilə kobud davranmasını əks etdirən görüntülər yayımlanıb.
Mövzu ilə bağlı DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis polkovniki İlham Babayev FED.az-ın sorğusuna cavab olaraq bildirib ki, yol verdiyi qəbahətlərə görə Sumqayıt Şəhər Polis İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədov daxili işlər orqanlarında xidmətdən xaric olunub.
Eləcə də bax: Get, özün yoxla: Sürücü yol polisinə sənəd təqdim etməlidirmi? - VİDEO https://fed.az/az/neqliyyat/get-ozun-yoxla-surucu-yol-polisine-sened-teqdim-etmelidirmi-video-36202
REPORT