ABŞ-ın Neşnel-Harbor şəhərində 3D printer vasitəsilə çap olunmuş ilk Olli robot-avtobusları xəttə buraxılıb.
“Buro247”yə istinadən xəbər veririk ki, Local Motors şirkətinin istehsalı olan mikroavtobuslar 12 nəfər üçün nəzərdə tutulub.
Robot-avtobus elektriklə çalışır və "ağıllı" IBM Watson proqramı ilə təchiz edilib. Nəqliyyat vasitəsinin idarə olunması üçün sürücüyə ehtiyac yoxdur. Avtobusu mobil tətbiqetmənin köməyilə çağırmaq mümkündür.
Artıq ABŞ-ın Neşnel-Harbor şəhərində 10 Olli avtobusu xəttə buraxılıb. İlin sonunda isə şirkət Mayami-Deyd və Las-Veqasda da robot-avtobusları təqdim etmək niyyətindədir.