Son vaxtlar paytaxtın 24 saat su alan bir çox qəsəblərində gecə saatlarında suyun verilməsində fasilələr yaranır. Əhali arasında yayılan məlumatlara görə, buna səbəb şirin su ehtiyatlarının azalmasıdır.
FED.az xəbər verir ki, “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, buna səbəb suya olan tələbatın artmasıdır:
Eləcə də bax:Dövlət qurumlarından fermerlərə çağırış - "SUDAN SƏMƏRƏLİ İSTİFADƏ EDİN"
“Yay aylarında suya tələbatın artdığı, insanların daha çox bağ evlərinə üz tutduğu, içməli sudan həm də suvarma məqsədilə istifadə olunduğu üçün qənaət rejiminə keçmişik. Gecə saatlarında suyun verilişini tam dayandırmırıq, amma təzyiqi azaldırıq. Bunu anbarlara lazımı su ehtiyatlarının yığmaq üçün edirik ki, gün ərzində abonentlərimizi içməli su ilə təmin edə bilək. Sudan qənaətlə istifadə edilməsi, sudan sitifadənin optimallaşdırılması, səhər, günorta və axşam dayanıqlı su təminatı üçün gecə saatlarında şəbəkələrə verilən suyun miqdarını azaldırıq”.
“Azərsu” ASC vətəndaşlara müraciət edərək, sudan qənaətlə olunmasını xahiş edir. (Modern)