"2021-ci ilin əvvəlində Azərbaycanda əhali qrupu üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artrılması "Azərsu"nun maliyyə vəziyyətinə müsbət təsir göstərdi".
Eləcə də bax: Azərbaycanda suyun qiyməti qalxdı - TARİF ŞURASI - YENI QİYMƏTLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
"Bu, bizə imkan verdi ki, daxili imkanlarmız hesabına Bakıda təqribən 15 qəsəbənin müəyyən yerlərində,12 rayonun kəndlərində layihələr icra edək. Tariflər ancaq əhali qrupu üzrə artmışdı, qeyri-əhali qrupuna təsir etməmişdi. Əhali qrupu üzrə tariflərdə iki dəfə artım oldu. Bu da elə əhali qrupu üzrə yığımlarımızın təxminən iki dəfə artmasına səbəb oldu.Tariflərin artırılması nəticəsində büdcədən dotasiya ayrılmaları da dayandırıldı və qurumun büdcədən asılılığına son qoyuldu".
Xatırladaq ki, bu il yanvarın 31-də Tarif Şurasının iclasında bir kubmetr su təchizatının tarifi əhali üzrə iki dəfə artırılaraq ƏDV daxil olmaqla Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,70 manat, digər inzibati ərazi vahidləri üzrə 0,60 manat, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 0,30 manat səviyyəsində təsdiq olunub. Qərar 2021-ci il fevralın 1-dən qüvvəyə minib.