İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativləri tərəfindən yeni inşa olunan çoxmənzilli binalarda suölçən cihazların quraşdırılması ilə əlaqədar antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinin araşdırmasına başlayıb.
Xidmətdən FED.az-a daxil olmuş məlumatda bildirilir ki, məqsəd qanunvericiliyin tələblərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxara bilən halların qarşısının alınmasıdır.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilən “Sudan istifadə Qaydaları”nın 6.5-ci bəndinə müvafiq olaraq, mənzil-tikinti kooperativləri tərəfindən tikilən binalarda mənzil sahibi fiziki şəxs olan istehlakçılar üçün su sayğacları təchizatçı müəssisənin vəsaiti hesabına təmin edilməlidir.