Yanvarın 22-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Niderlandın Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
FED.az xəbər verir ki, sənəd Bakıda keçirilən Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq çərçivəsində icrası başa çatan “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsinin yekunlarına həsr olunan konfrans çərçivəsində imzalanıb.
Anlaşma memorandumunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Niderland Mərkəzi Statistika Bürosunun baş direktoru Tjark-Tsin-A-Tsoi imzalayıblar.
Azərtac