Banner

Digər

Skotçla divara yapışdırılmış banan - 120 MİN DOLLARA SATILIB

Skotçla divara yapışdırılmış banan - 120 MİN DOLLARA SATILIB | FED.az
11:52 7 Dek 2019

ABŞ-ın Florida ştatının Mayami-Biç şəhərində keçirilən rəssamlıq sərgisində skotçla divara yapışdırılmış banan incəsənət əsəri kimi 120 min dollara satılıb.

FED.az xəbər verir ki, italyan rəssam Mauritsio Kattelanın “Komediant” adlı əsəri “Art Basel” sərgisində satılıb. Ekspertlərin sözlərinə görə, əsərin ikinci variantı (yenə də skotçla banan) 150 min dollara satıla bilər. Əsər incəsənət xiridarlarının bir çoxunun böyük marağına səbəb olub, hərçənd sərgiyə gələnlərin çoxu onun mənasını başa düşməyib. “Art Basel”in banisi Emmanuel Perrotin bildirib ki, bu əsər tamaşaçını obyektlərin dünyada necə hərəkət etdiyi barədə düşündürməlidir. O deyib: “İstər sərgi stendinə bərkidilsin, istərsə də “New York Post”un üzqabığında verilsin, bu əsər bizi maddi əmtəənin necə qiymətləndirildiyi barədə düşünməyə məcbur edir”.

Eləcə də bax:  Ən nadir sikkələrdən biri - $2 MLN. QİYMƏTİNƏ- HƏRRACA ÇIXARILDI

“Art Basel” dünyanın hər yerindən yeni innovativ əsərlər axtarışında olan məşhur insanları və rəssamları cəlb edən populyar festivaldır. Festival hər il üç şəhərdə - Bazel, Mayami-Biç və Honkonqda keçirilir.

Azərtac

Digər xəbərlər

Banner