Artıq iOS 10 sayəsində messencer zənginə cavab vermək üçün tətbiqə girməyə heç bir ehtiyac yoxdur.
iOS-un yeni versiyasının buraxılması nəticəsində iPhone-nun səsli yardımçısı daha çox funksionallığa malik oldu. Beləliklə, indi artıq Siri adlı həmin səsli yardımçı tətbiqlərlə inteqrasiya edilmişdir və onları dəstəkləyir. Qeyd edək ki, həmin tətbiqlər əvvəllər Kupertinoda işlənib hazırlanmamışdı. İndi artıq həmin yardımçı sayəsində abunəçiyə “WhatsApp”da sərbəst zəng etmək mümkün olacaqdır.
Xüsusilə də istifadəçilər bu yenilik sayəsində LinkedIn, Slack, Lyft və messencerlərə daha asan girə biləcəklər.
İndi Siri-dən istifadə etməklə, siz ismarıc və zəngləri asanlıqla WhatsApp-a göndərə bilərsiniz. Venturebeat məlumat verir ki, bunun üçün həmin köməkçi proqramdan xahiş etməlisiniz ki, dostunuza tətbiq vasitəsilə yazsın və ona "Parametrlər" bölməsində müvafiq addımları atmağa icazə verməlisiniz. Bunun üçün istifadəçi, məsələn: "Salam, Siri. Bacıma WhatsApp-la zəng et" deməli olacaq.
Həmçinin istifadəçilər bağlı (bloka salınmış) ekranda gələn yeni ismarıcların sayını da görə biləcəklər. Bundan başqa, qeyd etdiyimiz kimi səsli yardımçı ismarıcları yığmağı, eləcə də daxil olan SMS-ləri səsli oxumağı da öyrənəcək.
Nəticədə, sizə zəng gələrkən artıq tətbiqi açmağa heç bir ehtiyac qalmayacaqdır, çünki zəng artıq əsas ekrana gələcək və məhz ordan zəngi cavablandıra biləcəksiniz.
Siri “WhatsApp”la danışacaq
12:56
16 Sen 2016