Başlıca məsələlərlə bağlı kompromiss əldə edilməzsə, Ermənistanın Azərbaycanla istənilən sülh sazişini imzalamaqdan imtinası istisna deyil.
"Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb"
FED.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan qanunverici orqanın iclasında bildirib.
Onun sözlərinə görə, Ermənistan ərazisinin heç bir hissəsi müzakirə mövzusu deyil, danışıqlar davam edir, işçi qruplar görüşür, bu heç nə demək deyil: “Əgər biz razılığa gəlməsək, onda ümumiyyətlə, istənilən sənədi imzalamaqdan imtina etməyimiz mümkündür”. (Report)