Şimali Koreyanın lideri Kim Çen Inın başına bir iş gəlsə, ölkənin yeni lideri onun bacısı Kim Yo Çjon ola bilər.
FED.az xəbər verir ki, bu barədə Yaponiyanın Yomiuri qəzeti məlumat yayıb.
Qezet bildirir ki, 2019-cu ildə Şimali Koreyanın əmək partiyasının plenumunda Kim Çen Inın tələbi ilə qərar qəbul edilib ki, onun əmək qabiliyyətini itirəcəyi halda ölkəyə onun kiçik bacısı rəhbərlik edəcək. Bildirilib ki, bu Kim Çen Inın özünü yaxşı hiss etməməsi ilə bağlı olub.