ABŞ prezidenti Donald Tramp bildirib ki, «daxili terrorçular» Sietl şəhərini ələ keçiriblər.
FED.az xəbər evrir ki, onun Twitter hesabında bildirilir ki, «radikal sol demokratların idarə etdiyi daxili terrorçular SÇietli ələ keçiriblər».
Eləcə də bax: ABŞ-da virusun yayılmasında - TRAMP GÜNAHKAR SAYILDI - VİDEO
Tramp Sietl şəhərinin rəhbərliyini şəhərə nəzarəti bərpa etməyə və «murdar anarxistləri» dayandırmağa çağırıb.
Qeyd edək ki, ABŞ-da iğtişaşlar mayın 25-də Minneapolis şəhərində polislər qara dərili Corc Floydu həbs etməsindən sonra başlanıb. Həbs zamanı tətbiq edilən boğucu fənd nəticəsində Floydun halı pisləşib və o xəstəxanada vəfat edib. Bundan sonra baş verən etirazlar ölkə miqyasında iğtişaşlara çevrilib.