14 Fevral Sevgililər Günü üçün Antalyadan Hollandiya da daxil olmaqla 27 Avropa ölkəsinə 6,5 milyon dollar dəyərində gül ixrac edilib.
Eləcə də bax: Cəmi 9 qəpikdən başlayır - xaricdən Azərbaycana gətirilən - ƏN BAHA VƏ UCUZ GÜLLƏR
FED.az xəbər verir ki, Türkiyənin Dekorativ Bitki İxracatçıları Birliyinin prezidenti Harun Yetər Sevgililər Günü səbəbiylə qiymətlərin iki qat artdığını bildirib.
Harun Yetər açıqlamasında «Antalya, Türkiyədəki çiçək ixracatının 95%-ni qarşılayır. 6 min hektar sahədə 30 min adama məşğulluq təmin edilir. Çiçəklərimizin dünyanın 27 ölkəsinə ixrac edirik. Bu il, Sevgililər Günü ilə əlaqədar Hollandiya, İngiltərə, Ukrayna, Almaniya və Rumıniya da daxil olmaqla 27 ölkəyə cəmi 60 milyon çiçək ixrac edilib» deyib.
Harun Yetər qırmızı çiçəklərə üstünlük verildiyini və qərənfil, rananculus, dianthus barbatus çiçəkləri, gerberalar, solidego və güllərin aparıcı ixrac çiçəkləri olduğunu söyləyib. Harun Yetər Rusiya bazarının itirilməsinə baxmayaraq sektorun həcmi keçən ilə nisbətən 15% artdığını bildirib.