Səudiyyə Ərəbistanında kral ailəsinin 3 üzvü həbs edilib.
FED.az xəbər verir ki, bu barədə «The New York Times» Səudiyyədəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilir ki, həbs edilənlərdən biri - Əhməd ibn Əbdül Əziz, Səudiyyə kralının - Salman ibn Əbdül Əzinin doğma qardaşıdır. Bundan başqa keçmiş vəliəhd şahzadə Məhəmməd ibn Naif və onun kiçik qardaşı Navab ibn Naif də həbs edilib.
«Wall Street Journal»ın məlumata görə, kral ailəsinin üzvləri dövdətə xəyanətdə ittihamla həbs ediliblər. Şahzadələr martın 6-da həbs ediliblər və kral sarayının mühayizəçiləri onların evində axtarış aparıblar.