Səudiyyə Ərəbistanı hökuməti dövlət və özəl şirkətlərin əməkdaşlarına koronavirusa qarşı peyvənd olunmadan işə çıxmağı qadağan edib.
Eləcə də bax: Ərdoğan Rusiya peyvəndinin Türkiyədə istehsalından - Danışdı
FED.az xəbər verir ki, bu barədə ölkənin Kadrlar və Sosial İnkişaf Nazirliyindən yayılan məlumatda bildirilib.
Məlumata qeyd olunub ki, bütün əməkdaşlar tezliklə vaksinasiyadan keçməyə hazır olmalıdırlar. Belə ki, yaxın gələcəkdə onların peyvəndlənməsi prosesinə start veriləcək.
Məlumat üçün bildirək ki, bugünədək əhalisi 34 milyon olan Səudiyyyə Ərəbistanında 10 milyon dozadan çox vaksin vurulub. (Oxu.az)